Bank Of Baku

«Azərikimya»da demontaj işlərinə başlanılıb

«Azərikimya»da demontaj işlərinə başlanılıb
# 05 iyun 2010 09:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyində son zamanlar fəaliyyətini dayandırmış sexlərin müasir və mütərəqqi texnologiyalar əsasında yenidən qurulması məqsədi ilə fiziki baxımdan aşınmış və mənəvi cəhətdən köhnəlmiş qurğu və avadanlıqların demontaj olunmasına başlanılıb. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Sumqayıt kimya kompleksinin ən qocaman müəssisəsi olan Səthi Aktiv Maddələr Zavodunda demontaj işləri daha geniş miqyasda aparılır. Son günlər ərzində müəssisənin Superfosfat zavodu yaxınlığındakı 110 kilovoltluq yarımstansiyaya məxsus kabel estakadasında söküntü işləri başa çatdırılıb. Zavodun 2-ci və 10-cu sexlərinin ərazisində vaxtilə benzol, toluol və parafinin ötürülməsi üçün istifadə edilmiş ümumi uzunluğu 2 kilometrə yaxın olan boru xətlərinin sökülməsi üçün hazırlıq işləri davam etdirilir. Daha sonra həmin boru xətlərinin keçdiyi estakadaların da demontaj edilməsi nəzərdə tutulur. Bu işlərə «Azərikimya» İB-nin 40 nəfərə yaxın peşəkar fəhlə və təcrübəli mütəxəssisi cəlb edilib.
Analoji işlər Birliyin «Üzvi sintez» zavodunda da həyata keçirilir. Burada da müxtəlif boru və digər kommunikasiya xətləri demontaj olunur.
Bundan başqa, yaxın gələcəkdə bərpası mümkün olmayan və günün tələblərinə cavab verməyən istehsalat sahələrinin – benzol, etilen, epixlorhidrin, qliserin və xlor sexlərinin də demontajı nəzərdə tutulub.
Qeyd edək ki, İB-nin gələcəkdə daha səmərəli fəaliyyət göstərməsi üçün kimya sənayesinin yeni inkişaf konsepsiyası hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR