Bank Of Baku

Rusiya və Yunanıstan «Cənub axını» layihəsi çərçivəsində birgə müəssisə yaradacaq

Rusiya və Yunanıstan «Cənub axını» layihəsi çərçivəsində birgə müəssisə yaradacaq
# 07 iyun 2010 11:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiya ilə Yunanıstan «Cənub axını» layihəsinin Yunanıstan ərazisində həyata keçirilməsi məqsədilə birgə müəssisə yaradacaq.

«APA-Economics»in RBK-ya istinadən verdiyi məlumata görə, bu gün Moskvada «Gasprom» şirkəti İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev və «DESFA» şirkətinin (Yunanıstanın milli qaznəqletmə sisteminin operatoru) rəhbəri Georgeus Paparsenos «Cənub axını» layihəsini Yunanıstan ərazisində reallaşdırılması üçün birgə müəssisənin yaradılmasına dair müvafiq sənəd imzalayıblar. «South Stream Greece S.A.» adlanacaq birgə müəssisə paritet əsasında yaradılacaq və Yunanıstanın icra orqanlarında rəsmi qeydiyyata alınacaq.

Qeyd edək ki, rəsmi olaraq Yunanıstan «Cənub axını» layihəsinə 2008-ci ildə qoşulub. Qara dəniz sahəsi üzrə layihəni «Gasprom», İtaliyanın ENI və Fransanın «Electricite de France» (EdF) şirkətləri icra edir. İlkin olaraq layihənin su hissəsi Qara dənizin dibi ilə Rusiyanın «Bereqovaya» kompressor stansiyasından Bolqarıstan sahillərinədək uzanacağı nəzərdə tutulur. Kəmərin su hissəsindəki uzunluğu 900 km təşkil edəcək ki, kəmər 2 km dərinlikdə yerləşdiriləcək. Kəmərin illik nəqletmə gücü isə 63 mlrd. kubmetr təşkil edəcək.

«Cənub axını» layihəsinin sahil hissəsində reallaşdırlmasına dair isə artıq Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya, Xorvatiya və Avtriya ilə hökumətlərarası sazişlər imzalanıb. Bundan başqa, Rumıniya da bu layihədə iştirak etməkdə dair maraqlı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR