Bank Of Baku

ARDNŞ-in qazma gəmisi Xəzər dənizinin Rusiya sektorunda mühəndis-geoloji qazma işləri aparıb

ARDNŞ-in qazma gəmisi Xəzər dənizinin Rusiya sektorunda mühəndis-geoloji qazma işləri aparıb
# 07 iyun 2010 11:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofizika və Geologiya İdarəsinin Kompleks Kəşfiyyat və Topoqrafiya İdarəsi (KGKTİ) may ayı ərzində «Zöhrab Vəliyev» qazma gəmisi ilə Xəzər dənizinin Rusiya sektorunun Sarmatsk və Karçagin sahələrində mühəndis-geoloji qazma işləri aparıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-in Geofizika və Geologiya İdarəsindən məlumat verilib.

Hazırda Sarmatsk sahəsində işlər davam etdirilir. Ümumilikdə ARDNŞ tərəfindən 2010-cu ilin əvvəlindən təsdiq olunmuş iş proqramına uyğun olaraq «Xərə-Zirə, «Bulla-dəniz», «Babək», «Ağburun-dəniz», «Qərbi Abşeron» sahələrində mühəndisi-geoloji qazma işləri, o cümlədən «Qoşadaş-Ağburun» sahələrində seysmoakustik profilləmə, sonar planalma, batimetriya (dərinlik ölçü) işləri aparılıb. Qeyd olunan işlər müxtəlif təşkilatlarla bağlanmış müqavilələr əsasında «Ələt-dəniz», «Səngəçal-dəniz», «Neft Daşları», «Darvin bankası» və digər sahələrdə də görülüb. Göstərilən işlər “Z.Vəliyev”, “Ə.Əmirov”, “M.Süleymanov”, “Geofizik-2” və “Orion-7” gəmilərilə yerinə yetirilib.

Mühəndisi-geoloji işlərin aparılmasında məqsəd hidrotexniki qurğuların (dəniz stasionar platforması, üzən qazma qurğusu və s.) quraşdırılacağı sahələrdə dəniz dibi relyefin və eləcə də kəsilişin üst hissəsini təşkil edən süxurların kompleks şəkildə öyrənilməsindən, dərinlik qırılmalarının və palçıq vulkanlarının aşkar edilməsindən, sahənin mühəndisi-geoloji şəraitinin qiymətləndirilməsindən, götürülmüş süxur nümunələrinin kompleks fiziki-mexaniki xüsusiyyətlərinin müəyyənləşdirilməsindən, nəticə olaraq hidrotexniki qurğuların tikilməsi üçün münasib sahələrin seçilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR