Bank Of Baku

Türkiyə «Şahdəniz» qazının təkrar ixracı üçün Azərbaycandan icazə almaq istəyir

Türkiyə «Şahdəniz» qazının təkrar ixracı üçün Azərbaycandan icazə almaq istəyir
# 07 iyun 2010 12:51 (UTC +04:00)
«APA-Economics»in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hazırda bu məsələ Azərbaycan tərəfi ilə müzakirələrin əsas mövzularından biridir.

Müzakirə olunan digər mövzu isə Azərbaycandan alınan qazın təkrar ixracıilə bağlı hüququn alınmasıdır. Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan tərəfi «Şahdəniz» layihəsinin birinci mərhələsində Türkiyəyə belə bir hüquq verib. Hazırda bu hüquqdan istifadə edən Türkiyə ildə Yunanıstana 750 mln. kubmetr Azərbaycan qazı satır. Lakin rəsmi Bakı «Şahdəniz» layihəsinin ikinci mərhələsində Türkiyəyə belə bir hüququn verilməsinə müsbət yanaşmır.

Qeyd edək ki, Azərbaycan 2008-ci ilin aprel ayınadək Türkiyəyə təbii qazın 1000 kubmetrini 120 ABŞ dollarına satıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR