Bank Of Baku

İran Avropaya ilk qaz kəmərinin tikintisinə başlayıb

İran Avropaya ilk qaz kəmərinin tikintisinə başlayıb
# 07 iyun 2010 15:15 (UTC +04:00)
Bakı - APA-Economics. İran Avropaya qaz nəqli üçün nəzərdə tutulmuş ilk qaz kəmərinin tikintisinə başlayıb.

APA-Economics”in məlumatına görə, 1,6 mlrd. dollar dəyəri olan layihə İran qazının Türkiyəyə nəqlini, oradan isə Avropaya satışını nəzərdə tutur.

1,85 km uzunluğu olan kəmərin tikintisini 3 il ərzində yekunlaşdırmaq nəzərdə tutulur. Qaz kəmərinin gündəlik gücü 110 mln. kubmetr olacaq.

Qeyd edək ki, İran qaz ehtiyatlarına görə Rusiyadan sonra ikinci yerdədir. Ötən il İranın qaz ehtiyatları 29,6 trln. kubmetr təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR