Bank Of Baku

Reynhard Mitçek: «Türkiyə ilə Azərbaycan arasında qazın tranziti şərtlərini müəyyən edən sazişin imzalanmasını alqışlayırıq»

Reynhard Mitçek: «Türkiyə ilə Azərbaycan arasında qazın tranziti şərtlərini müəyyən edən sazişin imzalanmasını alqışlayırıq»
# 08 iyun 2010 08:15 (UTC +04:00)
«Nabucco» konsorsiumunun Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, bu bəyanatla “Nabucco”nun icraçı direktoru Reynhard Mitçek çıxış edib.

R.Mitçek bildirib ki, bu, düzgün istiqamətdə irəliyə doğru atılan bir addımdır.

«Nabucco» çoxmənbəli bir layihədir və boru kəmərinin işləməsi üçün bir mənbəyə və ya bir təchizatçıya arxalanmayacaqdır. Xəzər regionu dünyanın ən zəngin qaz regionlarından biridir və qazı Avropaya ixrac etmək üçün onun böyük imkanları var», - deyə R.Mitçekin bəyanıtında bildirilir.

Tədqiqatlar (məsələn, «Eurogas» şirkəti tərəfindən aparılan tədqiqat) aydın şəkildə göstərir ki, təlabat artmaqda davam edəcək və buna görə də, əhəmiyyətli dərəcədə böyük qaz həcmlərinin Türkiyəyə və Avropaya idxalına aşkar bir ehtiyac var. Nabucco 4000 km uzunluğunda yeni bir boru kəməri və marşrut boyunca şaxələnən qolları olan inteqrasiya edilmiş əsas bir infrastruktur layihəsidir və o, qazın Avropaya yeni tranziti üçün dayaq rolu oynayacaqdır.

«Nabucco» cənub dəhlizində qazı Xəzər regionundan və Yaxın Şərqdən Türkiyənin və Avropanın istehlak bazarlarına nəql edən çox mühüm bir layihədir. Tikinti işlərinə 2011-ci ildə başlanılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR