Bank Of Baku

Rusiya İsrailə qaz ixrac etməyəcək

Rusiya İsrailə qaz ixrac etməyəcək
# 08 iyun 2010 12:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Çətin ki, Rusiya İsrailə təbii qaz nəql etsin və «Mavi axın-2» boru kəmərini İsrailədək uzadsın». «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu gün İstanbulda Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanla keçirilən görüşən Rusiyanın baş naziri Vladimir Putin bildirib.

V.Putin bu qazın İsrailə lazım olmadığını bildirib. Rusiyanın hökumət başçısının sözlərinə görə, «Mavi axın-2» layihəsi Türkiyə bazarına qazın idxalına əlavə marşrut kimi, həmçinin İsrail, Livan və Suriya kimi ölklərə də mavi yanacağın göndərilməsi variantı kimi təhlil olunub: «İsrail öz şelfində qaz ehtiyatları aşkarlayıb və çox guman ki, «Mavi axın» kəməri İsrailədək uzadılmayacaq». V.Putin qeyd edib ki, kəmərin İsrailədək uzadılmaması siyasi deyil, iqtisadi səbəblərlə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR