Bank Of Baku

Vladimir Putin: “Azərbaycan qazı Rusiya qazına rəqib deyil”

Vladimir Putin: “Azərbaycan qazı Rusiya qazına rəqib deyil”
# 08 iyun 2010 13:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA-Economics. Türkiyəyə nəql olunan Azərbaycan qazı İran qazı ilə bağlı yaranan fasilələri doldurmaq üçündür, Rusiya qazına rəqib deyil. APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, bunu Rusiyanın baş naziri Vladimir Putin İstanbulda keçirilən mətbuat konfransında deyib.

V.Putin bildirib ki, Türkiyənin qaza ehtiyacları artır və bu ölkənin iqtisadiyyatının inkişafı ilə bağlı artacaq: “Türkiyənin İrandan almalı olduğu, amma ala bilmədiyi qazı biz verməli oluruq. Ona görə də əgər söhbət hansısa əvəzləmədən gedirsə, bu, Rusiya qazının əvəzlənməsi deyil. Daha doğrusu, söhbət defisitdən gedir. Qış mövsümündə Türkiyə bazarında İran qazının çatışmazlığı yaşanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR