Bank Of Baku

Şamaxının qaz təchizatında fasilələr olacaq

Şamaxının qaz təchizatında fasilələr olacaq
# 09 iyun 2010 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Şamaxı rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, baş vermiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar bu gün saat 18:00-dək Şamaxı Açıq Qazpaylayıcı Stansiyasından qaz nəqli müvəqqəti dayandırılacaq. Həmin müddət ərzində Şamaxı şəhərinin mərkəzi hissəsinin və Mədrəsə qəsəbəsinin qaz təminatında müvəqqəti məhdudiyyətlər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR