Bank Of Baku

Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin ixracı mayda 3,2% artıb

Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin ixracı mayda 3,2% artıb
# 09 iyun 2010 06:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayında Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 3,2 mln. ton Azərbaycan nefti nəql olunub ki, bu da aprel ayı ilə müqayisədə 3,2% çoxdur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Cari ilin yanvar-may aylarında bu kəmərlə 15,1 mln. ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (iyun, 2006-cı il) 2010-cu ilin iyun ayının 1-ə qədər BTC-yə 120,7 mln. ton neft vurulub.

May ayında Türkiyənin Ceyhan limanından 3,5 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. May ayında Ceyhan limanından ixrac olunan Azərbaycan neftinin həcmi aprel ayı ilə müqayisədə 12,9% çox olub. Cari ilin yanvar-may aylarında isə bu göstərici 15 mln. ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2010-cu ilin iyun ayının 1-ə qədər Ceyhan limanından 119,6 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR