Bank Of Baku

Azərbaycanda daha bir regional su elektrik stansiyasının tikintisi planlaşdırılır

Azərbaycanda daha bir regional su elektrik stansiyasının tikintisi planlaşdırılır
# 09 iyun 2010 08:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Econosmics. Azərbaycanın daha bir rayonunda su elektrik stansiyasının tikintisi planlaşdırılır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə sənaye və energetika nazirinin müavini Natiq Abbasov məlumat verib.

N.Abbasovun sözlərinə görə, yeni su elektrik stansiyasının Tovuz rayonunda inşa olunması planlaşdırılır. Tovuzda inşa olunacaq su anbarının üzərində qurulması nəzərdə tutulan stansiyanın gücü 400 MVt təşkil edəcək.

Nazir müavini hazırda Ağdaşda su elektrik stansiyasının tikintisinin aparıldığını, Naxçıvan Muxtar Respublikasında isə yeni bir stansiyanın tikintisinə hazırlıq işləri getdiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın illik generasiya gücü 5,5 min MVt-dan çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR