Bank Of Baku

BP: Son 27 ildə ilk dəfə olaraq dünyada enerji istehlakı və neft hasilatı azalıb

BP: Son 27 ildə ilk dəfə olaraq dünyada enerji istehlakı və neft hasilatı azalıb
# 09 iyun 2010 13:03 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il dünya üzrə ilkin enerjinin (neft, təbii qaz, kömür, atom və hidro enerji) istehlakı 1,1% azalıb. Bu, 1982-ci ildən bəri ilk azalan göstəricidir.

APA-Economics”in məlumatına görə, bu barədə BP şirkətinin illik statistik icmalında bildirilir.

Sənəddə qeyd olunur ki, qlobal böhran fonunda enerji istehlakının aşağı düşməsi əsasən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan inkişaf etmiş ölkələrdə, eləcə də MDB-yə daxil olan ölkələrdə müşahidə olunub. Ötən il enerji istehlakının artımı yalnız Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə qeydə alınıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrdə ilkin enerjinin istehlakı ötən il 5% aşağı düşüb ki, bu da inkişaf etmiş dövlətlər klubunun tarixində rekord göstərici sayılır.

2009-cu ilin yekunlarına əsasən neft istehlakı gündəlik 1,2 mln. barel və ya 1,7% azalıb ki, bu da 1982-ci ildən etibarən ən yüksək eniş hesab olunur. Maraqlıdır ki, son 27 ildə neftin hasilatında da rekord azalma qeydə alınıb – gündəlik 2 mln. barel və ya 2,6%.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR