Bank Of Baku

Azərbaycanın enerji şəbəkəsi növbəti payız-qış mövsümünə hazırlanır

Azərbaycanın enerji şəbəkəsi növbəti payız-qış mövsümünə hazırlanır
# 09 iyun 2010 13:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda enerji şəbəkələrinin 2010-2011-ci illərin payız-qış mövsümünə hazırlığının qiymətləndirilməsi meyarları təsdiqlənib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi, enerji müəssisələrində avadanlıqların keyfiyyətli istismarının təşkil olunması, enerji istehsalı üzrə proqnozların yerinə yetirilməsi, enerjinin ötürülməsi imkanlarının artırılması, qəza və imtina hallarının minimuma endirilməsi mühüm vəzifə olaraq qarşıya qoyulub. Bu vəzifələrin icrasını təmin etmək məqsədilə «Azərenerji» ASC-nin müvafiq əmri ilə qeyd olunan qiymətləndirmə meyarları təsdiqlənib. Burada payız-qış mövsümündə enerjisistemin dayanıqlı və qənaətli işinin, o cümlədən elektrik stansiyalarında avadanlıqların təhlükəsiz və etibarlı istismarının təmin olunmasını, güc məhdudiyyətinin aradan qaldırılmasını, su ehtiyatlarından səmərəli istifadə edilməsini, Mərkəzi Dispetçer İdarəsinin, enerji müəssisələrinin kompüter və telemexanika komplekslərinin interfeys qurğularının, o cümlədən SCADA sisteminin birinci mərhələsi çərçivəsində quraşdırılmış yeni Mərkəzi Dispetçer Məntəqəsinin avadanlıqlarının dayanıqlı və fasiləsiz işinin təmin olunmasını nəzərdə tutan tədbirlər planı, həmçinin, enerji müəssisələrinin payız-qış mövsümünə hazırlığının qiymətləndirilməsi əksini tapıb.

Payız-qış mövsümünə hazırlıq işlərinin gedişinə nəzarət edilməsi, əmrdə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinin təşkil edilməsi, əlavə tədbirlərin işlənilməsi, ortaya çıxan məsələlərin operativ həlli və müəssisələrin payız-qış mövsümünə hazırlığının təmin edilməsi məqsədi ilə səhmdar cəmiyyətində komissiya da təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR