Bank Of Baku

Azərbaycanda İstilik Effekti Yaradan Qazların İnventarlaşdırılması başa çatdırılıb

Azərbaycanda İstilik Effekti Yaradan Qazların İnventarlaşdırılması başa çatdırılıb
# 09 iyun 2010 15:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ), Əməliyyat Şirkətlərində və Birgə Müəssisələrdə İstilik Effekti Yaradan Qazların İnventarlaşdırılması (İEYQ) başa çatdırılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-in Ekologiya İdarəsindən məlumat verilib.
Aparılmış monitorinq işlərinin nəticələrinə əsasən, Ekologiya İdarəsinin Elm və Texnika şöbəsi tərəfindən müvafiq hesabatlar hazırlanıb və “ARDNŞ-də İqlim dəyişmələri sahəsində Strategiya” sənədinə daxil ediləcək tədbirləri müəyyən etmək üçün Almaniyanın İqtisadi Tədqiqatlar İnstitutuna göndərilib.

İnventarlaşdırma nəticəsində ARDNŞ-nin müəssisələrində, həmçinin Əməliyyat Şirkətləri və Birgə Müəssisələrdə İEYQ-nin emissiyaları hesablanıb. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupu tərəfindən təsdiq edilmiş metodologiyaya əsasən CO2 üçün qlobal istiləşmə əmsalı 1, CH4 üçün 21 CO2 ekvivalenti qəbul edilib. ARDNŞ-də İEYQ tullantılarının miqdarının artması şirkətin tabeliyinə verilmiş “Azəriqaz” İB-nin hesabına olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR