Bank Of Baku

Azərbaycanda sənaye istehsalçıları mayda qiymətləri 1,7% aşağı salıb

Azərbaycanda sənaye istehsalçıları mayda qiymətləri 1,7% aşağı salıb
# 10 iyun 2010 06:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayı ərzində Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,7% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 2,8% azalıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 0,9% artıb. Emal sənayesində istehsalçı qiymətləri koks və təmizlənmiş neft məhsullarının istehsalı üzrə 3,1%, kimya sənayesi üzrə 1,7%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı və dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,7%, tütün məmulatlarının istehsalı üzrə 0,3%, toxuculuq sənayesi üzrə 0,1% ucuzlaşıb, kağız və karton istehsalı üzrə 9,3%, rezin və plastmas məmulatların istehsalı üzrə 3,3%, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 1,5%, qida məhsullarının istehsalı üzrə 1,1%, digər qeyri-metal mineral məhsulların istehsalı üzrə 0,2% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR