Bank Of Baku

Dünya neft istehlakı üzrə proqnoz artırılıb

Dünya neft istehlakı üzrə proqnoz artırılıb
# 10 iyun 2010 13:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Beynəlxalq Enerji Agentliyi 2010-cu ildə dünyada neftin istehlakı üzrə proqnozunu günə 60 min barel artıraraq 86,4 mln. barel səviyyəsində müəyyənləşdirib.

APA-Economics”in məlumatına görə, bununla da cari ildə ötən illə müqayisədə neftin istehlakı 1,7 mln. barel və ya 2% artacağı proqnozlaşdırılır.

Proqnozun yüksəlməsinə əsas səbəb kimi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr üzrə gözləmələrdən daha müsbət makroiqtisadi statistika qeyd olunur. Eyni zamanda agentlik 2010-cu ilin mayında dünyada neft hasilatın əvvəlki ayla müqayisədə günə 575 min barel azalaraq 86,3 mln. barelə çatdığını bəyan edir. O cümlədən Neft ixracatçı ölkələri Təşkilatına (OPEK) üzv olan ölkələr tərəfindən may ayında gündə 29,02 mln. barel neft hasil olunub ki, bu da aprelin göstəricisindən 30 min barel azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR