Bank Of Baku

Azərbaycan Qaradağ yeraltı qaz anbarının yenidən qurulmasını başa çatdırır

Azərbaycan Qaradağ yeraltı qaz anbarının yenidən qurulmasını başa çatdırır
# 11 iyun 2010 08:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Qaradağ yeraltı qaz anbarında aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Hazırda aktiv tutumu 400-600 mln. kubmetr həcmində olan Qaradağ qaz anbarında aparılan yenidənqurma işlərindən sonra bu göstəricinin 2,3 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulub. «Neftqazelmitədqiqatlayihə» İnstitutunun müvafiq layihə-smeta sənədləri əsasında anbarda aparılmış yenidənqurma işlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Bu mərhələnin əsas tərkib hissələrindən biri anbarda yeni qaz kompressor stansiyasının tikilməsidir. Artıq həmin stansiyada son tamamlama işləri aparılır. Kompressor stansiyası istismara verildikdən sonra Qaradağ qaz anbarına vurulan təbii qazın gündəlik həcmi 7 mln. kubmetrə çatdırılacaq. Hazırda sutka ərzində anbara 2,5-3 mln. həcmində qaz vurulur.

Qeyd edək ki, Qaradağ qaz anbarı 1935-1985-ci illərdə istismar olunmuş Qaradağ qaz yatağındakı ehtiyatları tükənmiş quyuların bazasında yaradılıb. Həmin yataqdan 50 il ərzində 20 mlrd. kubmetr qaz hasil edilib. Yataq 1986-cı ildən etibarən qaz anbarı kimi istifadə olunur. Hazırda 1530 hektar ərazini əhatə edən Qaradağ sahəsinin istismar fondunda 41 quyu var ki, bunların da 29-u istismara yararlı vəziyyətdədir. Təsdiq olunmuş tədbirlər planına əsasən, bu günə kimi Qaradağ sahəsində 33 quyuda təmir işləri aparılıb və hazırda 3 quyuda isə təmir işləri davam etdirilir. Ötən ilin qazvurma mövsümündə anbara 110,4 mln. kubmetr qaz vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR