Bank Of Baku

Bakıda «Avro yanacaq standartlarına keçid: mərhələlər və gözləntilər» mövzusunda konfrans keçirilib

Bakıda «Avro yanacaq standartlarına keçid: mərhələlər və gözləntilər» mövzusunda konfrans keçirilib
# 11 iyun 2010 12:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) və «Ekoleks» Ekoloji Hüquq Mərkəzi tərəfindən «Avro yanacaq standartlarına keçid: mərhələlər və gözləntilər» mövzusunda konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə komitə üzvü Samir İsayev «Avro yanacaq standartlarına keçidin mərhələləri: Avropa, MDB təcrübəsi və Azərbaycanın səyləri» mövzusunda geniş məruzə ilə çıxış edib.

S.İsayevin sözlərinə görə, Azərbaycan Avropaya inteqrasiya etdiyinə görə bu standartın tətbiqini öz üzərinə götürüb: «Ümumiyyətlə, bu standartın tətbiqi hələ 2002-ci ildən atılan bir addımdır. Lakin problem ondan ibarətdir ki, əhalinin bu sistem barədə məlumatı sıfır səviyyəsindədir».

S.İsayev bildirib ki, bəzi ölkələrdə, o cümlədən Özbəkistan və Rusiyada bu sistemin qəbulu dayandırılaraq digər tarixə keçirilib. Lakin sonradan bu dövlətlər həmin sistemi tətbiq ediblər. Çünki ötən müddət ərzində əhalinin bu sistem haqda maarifləndirilməsi və digər işlər həyata keçirilib: “Azərbaycanda da belə bir sistemin tətbiqi ilə bağlı əhali arasında geniş maarifləndirmə işləri aparılmalı idi. Nazirlər Kabinetinin bu sistemin tətbiqi ilə bağlı qəbul etdiyi qərarda bu ilin mart ayından iyul ayınadək ciddi addımların atılacağı qeyd olunub. Amma vəziyyət göz qabağındadır”.

S.Hüseynov qeyd edib ki, bu ilin iyul ayının 1-dən Azərbaycan artıq «Euro-1» və «Euro-2» standartını tətbiq edəcək. Lakin “Euro-3” və “Euro-4” standartlarının tətbiqi üçün keyfiyyətli yanacaq istehsal edə biləcək zavodlar tikilməlidir.

Daha sonra «Avro yanacaq standartlarına keçid üçün texniki imkanlar və ətraf mühitə təsirin azaldılması» mövzuları üzrə Beynəlxalq Energetika Akademiyasının prezidenti Fəqan Əliyev və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) avtotexniki müfəttişlik şöbəsinin rəisi Vahid Əliyev çıxış ediblər.

V.Əliyevin sözlərinə görə, BDYPİ-nin qeydiyyatında 950 min avto-moto nəqliyyat vasitələri mövcuddur ki, bunun da 650 mini «Euro-2» standartının tələblərinə uyğun deyil. Bu standartın tələblərinə cavab verməyən avtomobillərin əksəriyyəti 1960-cı ildən 1990-cı ilə qədər istehsal olunan avtomobillərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR