Bank Of Baku

Bolqarıstan Bakı-Ceyhan neft kəmərinə alternativ sayılan Burqas-Aleksandrupolis neft kəməri layihəsində iştirakdan imtina edib

Bolqarıstan Bakı-Ceyhan neft kəmərinə alternativ sayılan Burqas-Aleksandrupolis neft kəməri layihəsində iştirakdan imtina edib
# 11 iyun 2010 14:41 (UTC +04:00)
O, qərarı layihənin ekoloji təhlükəsizliyinə dair şübhələrlə əsaslandırıb. Bildirib ki, Burqas regionunun əhalisi kəmərin tikintisinə qarşı çıxır: “Çünki bu, Qara dənizin Bolqarıstan sahilinə və turist sənayesinə zərər vura bilər”.

Baş nazir fikirlərini əsaslandırmaq üçün Meksika körfəzində baş verən neft fəlakəti nəticəsində yaranmış ekoloji riskləri misal gətirib: “Kəmərin marşrutu Avropa İttifaqının “Natura 2000” proqramı ilə mühafizə olunan xüsusi təbii zonalardan keçir”.

Qeyd edək ki, 2007-ci ilin martında Rusiya, Bolqarıstan və Yunanıstan hökumətləri arasında Burqas-Aleksandrupolis (Transbalkan) neft kəmərinin tikintisinə dair dövlətlərarası saziş imzalanıb. Kəmərinin tikintisinə dair layihənin dəyəri 1,5 mlrd. avro həcmində qiymətləndirilib. Bu neft kəməri vasitəsilə Rusiya və Qazaxıstan neftinin Bolqarıstan və Yunanıstandan keçməklə Avropa, ABŞ və Asiya-Sakit okean regionuna daşınması planlaşdırılırdı. Belə Ki, uzunluğu 280 km olan Burqas-Aleksandrupolis kəməri ilə ildə 35 mln. barel neftin daşınması mümkün sayılır, gələcəkdə bu rəqəmin 50 mln. barelə çatdırılacağı gözlənilirdi. Neft kəməri iştirakçı dövlətlərin təsis edəcəyi Beynəlxalq Layihə Şirkəti tərəfindən idarə ediləcəkdi. Bu konsorsiumun səhmlərinin 51%-i Rusiyaya, 24,5%-i Bolqarıstana, 24,%-i isə Yunanıstana məxsus olacaqdı. Beynəlxalq Layihə Şirkətində Rusiyanı “Rosneft”, “Qazprom” və “Transneft” şirkətləri təmsil edəcəkdi.

Türkiyə boğazlarından yan keçməsi planlaşdırılan Burqas-Aleksandrupolis neft kəməri həm də Bakı-Tiflis-Ceyhan neft kəmərinə alternativ boru xətti sayılır. Bolqarıstanın imtinasından sonra demək olar ki, Transbalkan neft kəmərinin taleyi sual altına düşür. Yunanıstanın maliyyə problemlərini nəzərə aldıqda isə bu kəmərin yaxın vaxtlarda, ümumiyyətlə, çəkilməyəcəyini düşünmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR