Bank Of Baku

Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumu “Petkim” şirkətinə İzmirdə yeni neft emalı zavodu tikmək icazəsi verə bilər

Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumu “Petkim” şirkətinə İzmirdə yeni neft emalı zavodu tikmək icazəsi verə bilər
# 11 iyun 2010 15:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «SOCAR/Turcas» birgə müəssisəsinin idarəçiliyində olan “Petkim” neft-kimya şirkəti tərəfindən İzmirin Əliağa bölgəsində inşa edilməsi planlaşdırılan yeni neft emalı zavodu layihəsi ilə bağlı Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumu rəyini açıqlayıb. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı qurum «Petkim» şirkətinə məktub göndərib.

“Petkim”ə daxil olan məktubda bildirilir ki, layihə materialları, texniki-iqtisadi əsaslandırma sənədi, ərazinin zəlzələyə davamlılığı üzrə geoloji hesabatların 90 gün ərzində Quruma göndərilməsi şərti ilə neft emalı zavodunun tikilməsi üçün icazənin verilməsi mümkündür. Bu xəbəri şərh edən “SOCAR/Turcas” birgə müəssisəsinin icraçı direktoru və “Petkim”in İdarə Heyətinin üzvü Kənan Yavuz neft emalı zavodunun inşası üzrə aparılan fəaliyyətin bundan sonra da planauyğun şəkildə müvəffəqiyyətlə həyata keçiriləcəyinə əmin olduğunu bildirib. K.Yavuzun sözlərinə görə, ildə 10 mln. ton emal gücünə malik olacaq bu zavodun təməli yaxın vaxtlarda atılacaq. Türkiyədə işsizlik məsələsinin ciddi problemlərdən olduğunu nəzərə çatdıran Kənan Yavuz qeyd edib ki, yeni zavodda inşaat dövründə 7-10 min, fəaliyyətə başladıqdan sonra isə min nəfər çalışacaq. Bu da “Petkim” yarımadasında işsizlik probleminin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olunub. Lakin daha sonra Tender Komissiyası bu qərarı ləğv edərək, «SOCAR/Turcas» alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR