Bank Of Baku

Ukrayna yeni maye qaz terminalı tikməyi planlaşdırır

Ukrayna yeni maye qaz terminalı tikməyi planlaşdırır
# 15 iyun 2010 11:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Ukrayna Qara dəniz sahillərində maye qaz terminalı (LNG) tikməyi planlaşdırır.

APA-nın məlumatına görə, bunu Ukraynada yayımlanan «İnter» telekanalına müsahibəsində Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko bildirib.

Y.Boyko bildirib ki, bu LNG terminalı Gürcüstandan tankerlər vasitəsilə yola salınan mayeləşdirilmiş Azərbaycan qazını almağa imkan verəcək.

Nazir bildirib ki, bu layihənin reallaşdırılması üçün Ukrayna Avropa İttifaqından 1 mlrd. ABŞ dolları maliyyə dəstəyi istəyəcək: «Bizim Avropa İttifaqı ilə 3 mlrd. dollarlıq maliyyələşmənin həyata keçirilməsinə dair proqramımız var. Bu da həmin proqram çərçivəsində təklif edəcəyimiz layihələrdən biridir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR