Bank Of Baku

“Azərenerji” ASC SKADA/EMS layihəsi üzrə işləri ilin sonunadək başa çatdıracaq

“Azərenerji” ASC SKADA/EMS layihəsi üzrə işləri ilin sonunadək başa çatdıracaq
# 16 iyun 2010 09:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın enerji sistemində SKADA/EMS (Energy Management System) layihəsi üzrə işlərin böyük hissəsi yerinə yetirilib. Bu barədə «APA-Economics»ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Layihənin birinci mərhələsi çərçivəsində enerji sisteminin “Abşeron” və “Xırdalan” qovşaq yarımstansiyalarında texniki informasiya və məlumat toplayan və işləyən terminallar, Mərkəzi Dispetçer Məntəqəsində isə rabitə vasitələri, serverlər və digər avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar məlumatların verilməsini və toplanmasını, habelə bu uzaq terminallara komandaların ötürülməsini təmin edir. Həmin mərhələdə həmçinin Mərkəzi Dispetçer Məntəqəsində əməliyyat zalının yeni arxitekturası hazırlanıb və həyata keçirilib. Zal bütün bir divarı əhatə edən videodispleylə təchiz edilib. Bu displeydə dispetçer bütün enerji sisteminin elektrik sxeminə nəzarət edə və ya onun zəruri hissəsini təfərrüatı ilə ayıra bilər. Hazırda uzaq yığım terminalının quraşdırılması və texniki informasiyanın işlənməsi işləri həyat keçirilir. Yeni idarəetmə kompleksi mürəkkəb proqram təminatı ilə işləyən ən yeni aparatlarla təmin olunub.

Məlumatda bildirilib ki, artıq Mərkəzi Dispetçer Məntəqəsinin avadanlıqları quraşdırılıb və sınaqdan keçirilib. Ehtiyat idarə məntəqəsi tikilib və onun binalarında da avadanlıqlar quraşdırılıb. Yaxın vaxtlarda Fransada elektrik enerjisinin mərkəzləşdirilmiş uçot sistemi komponentlərinin zavod şəraitində sınaqları keçiriləcək. Bütövlükdə avadanlıqların quraşdırılması işləri 80% yerinə yetirilib. Hazırda elektrik enerjisinin mərkəzləşdirilmiş uçot sistemi komponentlərinin sınağının keçirilməsi nəzərdə tutulur. Ümumilikdə SKADA kompleksinin yaradılması sahəsində işləri bu il başa çatdırmaq planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR