Bank Of Baku

Bu il Tərtərdə məhsuldarlıq ötən ilki ilə müqayisədə azdır

Bu il Tərtərdə məhsuldarlıq ötən ilki ilə müqayisədə azdır
# 16 iyun 2010 16:11 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Yaz aylarında müşahidə olunan yağmurlu hava şəraiti əkin sahələrində məhsuldarlığı iki dəfə azaldıb. Tərtər rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, bu, özünü hazırda biçin aparılan sahələrdə açıq-aşkar büruzə verir.

Məlumata görə, ötən ilin müvafiq dövründə hər hektardan götürülən məhsulun miqdarı builki yığımdan bir dəfə çox olub. Mütəxəssislərin qənaətinə görə, məhsuldarlığın aşağı düşməsi bu ilin yaz aylarında sünbülün çiçəkləmə dövründə düşən yağışlarla, eyni zamanda bir-birinin ardınca bir neçə dəfə dolu yağması ilə əlaqədardır.

Tərtər RİH-dən APA-nın Qarabağ bürosuna o da bildirilib ki, rayon ərazisində 13 min hektardan çox sahə buğda məhsulu altındadır. 3 min hektardan çox arpa sahələrində isə biçin yekunlaşmaq üzrədir.

Təmas xətti boyunca yerləşən ərazilərdə 3 min hektardan çox sahə buğda məhsulu əkilib ki, bu sahələrə də işğalçı erməni hərbçilərinin nəzarət etdikləri ərazilərdə tez-tez yanğınlar törətməsi təhlükə yaradır. Artıq bir dəfə təmas xəttini aşmış, 120 hektardan çox ərazini bürüyən yanğının qarşısını almaq mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR