Bank Of Baku

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 88%-ə çatıb

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 88%-ə çatıb
# 17 iyun 2010 07:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisi haqlarının yığım səviyyəsi 87,9% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Yığım səviyyəsinə görə birinci üç yeri Sumqayıt (156,4%), Gəncə (113,8%) və Şirvan şəhərləri (103,8%), sonuncu yerləri isə Sabirabad (48,6%), Saatlı (51,4%) və Ağdam rayonları (57,2%) tutub.

Yanvar-may aylarında Bakı şəhəri üzrə ümumi yığım göstəricisi 85,3% təşkil edib. Paytaxtın rayonları arasında yığımın ən yüksək göstəricisi Nizami rayonunda (95,1%), ən aşağı göstərici isə Sabunçuda (70,6%) qeydə alınıb.

Cari ilin may ayında isə ölkə üzrə elektrik enerjisi haqlarının ümumi yığım səviyyəsi 93,2% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR