Bank Of Baku

Azərbaycanda yanvar-may aylarında sənaye istehsalı 4,3% artıb

Azərbaycanda yanvar-may aylarında sənaye istehsalı 4,3% artıb
# 17 iyun 2010 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk beş ayı ərzində Azərbaycan sənayesində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 4,3% artaraq 12,1 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənayenin mədənçıxarma və emal sahələrində, o cümlədən onların əsas bölmələrində, qida, neft və kimya sənayesi məhsullarının, geyim, metallurgiya, poliqrafiya, avtomobil, maşın və avadanlıqların və s. məhsulların istehsalında artım müşahidə olunub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,3%-ni təşkil edib, ümumi istehsalın 93,6%-i sənaye mallarının (əmtəələrin), 6,4%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb.

Sənaye məhsulunun 78,1%-i mədənçıxarma bölməsində, 16,6%-i emal bölməsində, 4,8%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,5%-i isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.

Hesabat dövründə sənayedə fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin məhsul istehsalı 347,7 mln. manat olaraq ümumi buraxılışın 2,9%-ni təşkil edib.

İstehsal edilmiş sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilib. Bununla yanaşı, 2010-cu il iyun ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 269,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub və son bir ayda 15,1 mln. manat azalıb. Ehtiyatların daha çox hissəsi ölkənin iri şəhərlərinin – 74,3%-i Bakı, 11,1%-i Sumqayıt, 1,2%-i Gəncə və 0,8%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 15,7 mln. manat məbləğində digər mallar da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR