Bank Of Baku

Sabah Azərbaycanın bəzi rayonlarına təbii qazın verilməsində məhdudiyyət tətbiq olunacaq

Sabah Azərbaycanın bəzi rayonlarına təbii qazın verilməsində məhdudiyyət tətbiq olunacaq
# 17 iyun 2010 13:34 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Yerüstü keçid qaz xətlərinin rekonstruksiyası, siyirtmənin dəyişdirilməsi və təmir işləri ilə əlaqədar iyunun 18-i saat 10:00-dan 18:00-dək Quba Qazpaylayıcı Stansiyasının qaz təchizatı dayandırılacaq. Həmin müddət ərzində Quba rayonuna təbii qazın verilişində məhdudiyyətlər olacaq. Bundan başqa, yeni qaz kəmərlərinin şəbəkəyə qoşulması məqsədi ilə, saat 10.00-dan 18.00-dək “Novxanı” Qazpaylayıcı Stansiyasından Novxanı kəndini təbii qazla təmin edən kəmərdə, həmçinin “Digah” Qazpaylayıcı Stansiyasından qidalanan “Digah” qaz kəmərində təbii qazın nəqli dayandırılacaq. Həmin müddət ərzində Novxanı və Digah kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR