Bank Of Baku

Kulevi terminalından ilk dəfə olaraq 5 milyon ton həcmində neft və neft məhsulları yüklənib

Kulevi terminalından ilk dəfə olaraq 5 milyon ton həcmində neft və neft məhsulları yüklənib
# 17 iyun 2010 20:11 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi “Black Sea Terminal” Azərbaycan və Mərkəzi Asiyada istehsal olunan neftin və neft məhsullarının Qara dəniz vasitəsi ilə dünya bazarlarına çıxarılmasını həyata keçirir.

ARDNŞ-nın mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, iyunun 17-də Kulevi Terminalından yüklənmiş neft və neft məhsullarının ümumi həcmi 5 milyon tona çatıb. Bu, Terminalın fəaliyyətində mühüm mərhələdir. “Etibarlı! Təhlükəsiz! Effektiv!” şüarını əsas götürən Kulevi “Qara Dəniz Terminal”ı öz qarşısına bundan sonra da yük dövriyyəsini artırmaq məqsədi qoyub.

Qeyd edək ki, terminalın ötürmə qabiliyyəti ildə 10 milyon tondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR