Bank Of Baku

Qalmaz yeraltı qaz anbarında emal və interpretasiya işlərı başa çatmaq üzrədir

Qalmaz yeraltı qaz anbarında emal və interpretasiya işlərı başa çatmaq üzrədir
# 17 iyun 2010 21:48 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyevin ölkənin fasiləsiz olaraq təbii qazla təmin edilməsi məqsədilə ARDNŞ qarşısında qoyduğu yeraltı qaz anbarlarının aktiv həcmlərinin 3 milyard kubmetrədək genişləndirmək barədə tapşırığına uyğun olaraq, aparılan işlər intensiv xarakter almışdır.
ARDNŞ-nın mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, ARDNŞ mühüm struktur vahidlərindən olan Geologiya və Geofizika İdarəsi də malik olduğu zəngin kadr potensialına, dünya standartlarına cavab verən texnika və texnologiyalara arxalanaraq bu istiqamətdə mühüm işlər görür. “Kəşfiyyatgeofizika” İdarəsi tərəfindən “Azneft” İstehsalat Birliyinin sifarişi ilə Qalmaz qaz anbarının geoloji quruluşunun dəqiqləşdirilməsi, tutum imkanlarının artırılmasının qiymətləndirilməsi, ücölçülü modelinin qurulması məqsədi ilə yerinə yetirilən 3D seysmik kəşfiyyat işləri başa çatdırılmışdır. Seysmik işlər ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmaqla aparılmışdır. Mütəxəssislər alınmış seysmik məlumatların keyfiyyətini qənaətbəxş hesab etmişlər. Bundan başqa, sahənın sürət xarakteriskasını dəqiqləşdirmək və interpretasiya işlərinin dəqiqliyini artırmaq məqsədilə yeni alınmış müasir tipli zondla 259, 622, 282 və 10 nömrəli quyularda seysmokarotaj-şaquli seysmik profilləmə işləri aparılmışdır. Hazırda aparılan emal və interpretasiya işlərı başa çatmaq üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR