Bank Of Baku

Ukrayna Odessa-Brodı neft kəmərini avers rejiminə keçirməyi planlaşdırır

Ukrayna Odessa-Brodı neft kəmərini avers rejiminə keçirməyi planlaşdırır
# 18 iyun 2010 12:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Ukrayna Odessa-Brodı magistral neft kəmərini iki il ərzində avers rejiminə keçirməyi planlaşdırır.

APA-nın Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə Ukrayna yanacaq və energetika nazirinin müavini İqor Kiryuşin açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna məsələ ilə bağlı Belarus tərəfi, xüsusən “Belneftexim”lə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, hazırda revers rejimində fəaliyyət göstərən Odessa-Brodı kəməri vasitəsilə Rusiya nefti Brodıdan Qərbi Ukraynadakı Odessa limanına vurulur. Boru kəməri avers rejiminə keçiriləndən sonra Xəzər neftini onunla nəql etmək mümkün olacaq. Kəmərin 2014-cü ildə işə salınması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR