Bank Of Baku

Ukrayna neft idxalına rüsum tətbiq edə bilər

Ukrayna neft idxalına rüsum tətbiq edə bilər
# 18 iyun 2010 13:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ukraynanın Yanacaq və Energetika Nazirliyi yerli neftayırma zavodlarını stimullaşdırmaq məqsədilə ölkəyə idxal olunan neft məhsullarına rüsum tətbiq etmək imkanlarını öyrənir.

APA-nın Ukrayna KİV-nə istinadən xəbərinə görə, bunu nazirliyin qaz, neft və neft emalı sənayesi departamentinin direktoru Konstantin Borodin deyib.

Borodin bildirib ki, neft emalçıları üçün avadanlığın rüsumsuz gətirilməsi haqqında qanun hazırlanıb: “Nazirliyin mövqeyi ondan ibarətdir ki, bu cür xarakterli sənəd qəbul olunmalıdır”.

Qeyd edək ki, Ukraynada neft məhsullarına rüsum 2005-ci ildə ləğv olunub, o vaxtdan bu məhsullar rüsumsuz gətirilir. Bu ölkəni neftlə təchiz edənlər arasında Azərbaycan da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR