Bank Of Baku

«Nabucco» layihəsi üzrə ictimaiyyətlə əlaqələr və ictimai işlərlə bağlı xidmətləri «Grayling» şirkəti göstərəcək

«Nabucco» layihəsi üzrə ictimaiyyətlə əlaqələr və ictimai işlərlə bağlı xidmətləri «Grayling» şirkəti göstərəcək
# 18 iyun 2010 15:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Nabucco Gaz Pipeline İnternational GmbH.» konsorsiumu «Grayling» şirkətini ictimaiyyətlə əlaqələr və ictimai işlərlə bağlı xidmətlər göstərilməsini təmin etmək üçün məsləhətçi şirkət təyin edib. Bu barədə «APA-Economics»ə «Grayling» şirkətindən məlumat verilib.

«Grayling» şirkəti boru kəməri layihəsinin işlənib hazırlanması mərhələsində «Nabucco» şirkətinə kömək edəcək və beynəlxalq media ilə əlaqələrə, ictimai işlərə, yerli mətbuat və ictimaiyyətlə əlaqələrə görə məsuliyyət daşıyacaq. «Grayling» şirkətinin fəaliyyəti İngiltərə, Belçika və boru kəmərinin keçdiyi tranzit ölkələri (Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan,Türkiyə) və Azərbaycanı əhatə edir.

«Grayling» şirkətinin baş direktoru Maykl Mörfi bildirib ki, təmsil etdiyi təşkilat sənaye liderlərinin iştirak etdiyi tenderdə «Nabucco» şirkətinin layihəsini qazanmaqdan məmnundur.

Sözügedən layihəyə «Grayling» şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə meneceri Kris Dobson və korporativ məsələlər üzrə icraçı direktoru Luis Bollard rəhbərlik edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR