Bank Of Baku

ABƏŞ neft hasilatını 4%, qaz hasilatını isə 4,5% artırıb

ABƏŞ neft hasilatını 4%, qaz hasilatını isə 4,5% artırıb
# 19 iyun 2010 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk beş ayı ərzində Azərbaycanın mədənçıxarma bölməsində istehsalın həcmi 9,5 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,3% çoxdur. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-may aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil olan müəssisələr tərəfindən 17,6 mln. ton neft və 4,5 mlrd. Kubmetr əmtəəlik təbii qaz hasil edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə neftin hasilatı 4%, qazın hasilatı isə 4,6% artıb.

Bununla yanaşı, mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən yanvar-may aylarında 885,3 min ton çınqıl, qırma daş, xırda çay daşı, 393 min ton tikinti qumu, 135 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib. Duzun hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxalaraq 1 775 ton təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR