Bank Of Baku

Qızılın qiymətində yeni rekord qeydə alınıb

Qızılın qiymətində yeni rekord qeydə alınıb
# 19 iyun 2010 08:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib. “APA-Economics”in məlumatına görə, iyunun 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 258 dollaradək yüksəlib.

Qiymətin əvvəlki rekord səviyyəsi iyunun 8-də müşahidə olunub, həmin gün qızılın 1 unsiyası 1 250 dollaradək bahalaşıb. Qızıl bazarının iştirakçıları qızılın yaxın zamanlarda 1,3 min dollaradək bahalaşacağını istisna etmirlər. Qeyd edək ki, cari ilin əvvəlindən dünya bazarlarında qızıl artıq 12,5% bahalaşıb.

Qızılın bu dərəcədə bahalaşmasının əsas səbəbi kimi investorların dollar və avro kimi dünyanın əsas valyutalarda əminliyin azalmasını qeyd etmək olar ki, nəticədə investorlar vəsaitlərini ən təhlükəsiz aktiv olan qızıla yönəltməyə çalışırlar. Bu da öz növbəsində bazarda tələbatın artmasına səbəb olarkən qiymətə birbaşa təsir edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR