Bank Of Baku

Fransa şirkəti “Cənub axını” layihəsinə qoşulur

Fransa şirkəti “Cənub axını” layihəsinə qoşulur
# 19 iyun 2010 08:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İtaliyanın “Eni” və Rusiyanın “Qazprom” şirkətləri arasında iyunun 18-də imzalanmış qarşılıqlı anlaşma memorandumu Fransanın “EdF” enerji şirkətlər qrupunun “Cənub axın” layihəsinə daxil olmasına imkan yaradır. “APA-Economics”in məlumatına görə, “EdF” qaz boru kəmərin tikintisini idarə edən Rusiya-İtaliya “South Stream” konsorsiumda iştirak payına sahib olacaq.

Rusiya mənbələrə görə, Rusiyadan Qara Dəniz vasitəsi ilə Bolqarıstana, sonra iki istiqamətə bölünən, o cümlədən Yunanıstandan İtaliya, Serbiya və Macarıstandan Avstriyaya çəkiləcək “Cənub axını” boru kəmərin tikintisinin 2013-cü ildə başa çatdırılması nəzərdə tutulub. Boru kəməri ötürmə gücü ildə 47-62 mlrd. kubmetr təşkil etməlidir.

Layihənin ümumi dəyəri 25 mlrd. dollar səviyyəsində qiymətləndirilir, o cümlədən sualtı hissənin tikintisinə 6-10 mlrd. dollar vəsait tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR