Bank Of Baku

Aleksey Miller: «Qazprom» Azərbaycan qazının hamısını almağa hazırdır

Aleksey Miller: «Qazprom» Azərbaycan qazının hamısını almağa hazırdır
# 19 iyun 2010 20:37 (UTC +04:00)
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Sankt-Peterburqda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan nə qədər həcmdə qaz təklif etsə, o qədər həcmdə qaz almağa hazırdırlar: «Bu bizim üçün sərfəlidir».

Xatırladaq ki, Azərbaycandan Rusiyaya 1 yanvar 2010 il tarixdən etibarən ARDNŞ və “Qazprom” arasında bağlanan müqavilə əsasında qaz verilir. İlk vaxtlar iхraс 0,5 mlrd kubmetr olsa da, sonradan ixracı iki dəfə artırmaq haqda razılıq əldə olunub. Bu il Rusia Azərbaycandan 1 mlrd kubmetr, 2011 ildə isə 2 mlrd. kubmetr qaz alacaq.

Rusiya Azərbaycan qazı ilə ölkənin cənub bölgələrini təmin edir. Qaz Bakı-Novo-File qaz kəməri ilə ötürülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR