Bank Of Baku

Yanvar-may aylarında Bakı-Ceyhan və Bakı-Ərzurum kəmərləri ilə nəqletmə azalıb

Yanvar-may aylarında Bakı-Ceyhan və Bakı-Ərzurum kəmərləri ilə nəqletmə azalıb
# 21 iyun 2010 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 19,9 mln. ton və ya ötən ilin analoji dövründəkindən 1,5% az neft nəql olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,2%-ni ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Ötən aylar ərzində bu kəmər vasitəsilə 15,1 mln. ton neft ötürülüb ki, 2009-cu ilin yanvar-may ayları ilə müqayisədə bu göstərici 0,7% azalıb.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 7,8 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9% çox qaz nəql edilib. Nəql edilmiş qazın 28,9%-i Bakı-Tiflis-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə 2,2 mlrd. kubmetr qaz ötürülüb ki, bu də ötən ilin analoji dövrü ilə müqayisədə 12% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR