Bank Of Baku

Rusiya Belarusa qaz nəqlini azaldır, Minsk Moskvanı Rusiya qazının Avropaya nəqlini məhdudlaşdırmaqla hədələyir

Rusiya Belarusa qaz nəqlini azaldır, Minsk Moskvanı Rusiya qazının Avropaya nəqlini məhdudlaşdırmaqla hədələyir
# 21 iyun 2010 08:16 (UTC +04:00)
APA-Economics”in “RİA Novosti”yə istinadən məlumatına görə, prezident Rusiyanın qaz inhisarçısına Belarusun Rusiyadan aldığı qaza görə borcunun ödənilməsi ilə bağlı rəsmi Minsklə məsləhətləşmələri davam etdirməyi də tapşırıb.

Beləliklə, bu gün Bakı vaxtı ilə saat 11:00-dan etibarən Rusiyadan Belarusa qaz nəqli 85% azaldılmasına başlanıb.

Öz növbəsində Belarus tərəfi bəyan edib ki, “Qazprom” qaz nəqlini azaltsa, o zaman Belarus Rusiya qazının Avropaya nəqlini məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Bu barədə Belarus Energetika Nazirliyinin təmsilçisi bildirib: “Çünki qarşılıqlı razılaşmaya əsasən qaz nəqlinin azaldılmasının həcmi borca proporsional olmalıdır. Belarusun Rusiyadan aldığı qazın həcminə görə borcu isə qaz nəqlini yalnız 15% azaltmağa imkan verir”.

Qeyd edək ki, Qeyd edək ki, hazırda Belarusun Rusiyadan aldığı qaza görə borcu müxtəlif hesablamalara əsasən 140-200 mln. dollar təşkil edir. Belarus tərəfi borcunu inkar etmir, amma ödənişin maşınlarla, avadanlıqlarla və digər növ məhsullarla həyata keçirilməsini təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR