Bank Of Baku

“Qazprom” Avropaya Belarus vasitəsilə qaz təchizatında problemlər yaranacağı haqda xəbərdarlıq edib

“Qazprom” Avropaya Belarus vasitəsilə qaz təchizatında problemlər yaranacağı haqda xəbərdarlıq edib
# 21 iyun 2010 14:42 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus Rusiya qazının Avropaya nəqlini məhdudlaşdırarsa, Ukrayna öz ərazisini tranzit kimi Rusiyaya təqdim etməyə hazırdır. “APA-Economics”in “RBK-Ukraina”ya istinadən xəbərinə görə, bu barədə Ukrayna hökumətindəki mənbə bildirib.

Məlumata görə, “Ukrtransqaz”a hələ iyunun 17-də Rusiya qazının alternativ nəql variantları barədə sorğu göndərilib.

Bu arada məlum olub ki, “Qazprom” ötən həftə Avropaya Belarus vasitəsilə qaz təchizatında problemlər yarana biləcəyi haqda xəbərdarlıq edib. Bu barədə Rusiya qaz inhisarçısının təmsilçisi Sergey Kupriyanov bildirib. Onun sözlərinə görə, Belarus nümayəndə heyəti hazırda “Qazprom”un ofisində danışıqlar aparır və tez-tez rəsmi Minsklə telefon əlaqəsi saxlayır.

Qeyd edək ki, hazırda Belarusun Rusiyadan aldığı qaza görə borcu müxtəlif hesablamalara əsasən 140-200 mln. dollar təşkil edir. Belarus tərəfi borcunu inkar etmir, amma ödənişin maşınlarla, avadanlıqlarla və digər növ məhsullarla həyata keçirilməsini təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR