Bank Of Baku

ARDNŞ neftçıxarmada nanotexnologiyaların tətbiqinə başlayıb

ARDNŞ neftçıxarmada nanotexnologiyaların tətbiqinə başlayıb
# 21 iyun 2010 15:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) neftçıxarmada nanotexnologiyaların tətbiqinə başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Şirkətdən bildirilib ki, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin rəhbərliyi altında onun müşaviri Eldar Şahbazov tərəfindən nanobirləşmələrlə doymuş məhlulun hazırlanması üçün xüsusi nanoqurğu layihələndirilib. “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsinin bazasında hazırlanmış həmin unikal qurğu vasitəsilə dünya qazma praktikasında ilk dəfə olaraq metal nanohissəciklər əsasında “nanoneft” və “nanobitum” sistemləri yaradılıb. Onların qazma məhlullarına təsiri tədqiq olunub. Bu texnologiya “Qum adası”, “Balaxanı”, “Bibiheybət” və “Bəyimdağ-Təkçay” yataqlarındakı bir neçə quyuda müvəffəqiyyətlə tətbiq edilərək, quyular qəza və mürəkkəbləşmələr olmadan layihə dərinliyinə vaxtından əvvəl çatdırılıb. “Nanoneft” və “nanobitum” sistemlərinin tətbiqi sayəsində erkən turbulentlik müəyyən olunub, qazma sürəti 1,4 dəfə artıb, genetik enerjiyə 34-35% qənaət edilib və bu sistemlərin “nanoyaddaşa” malik olmaları aşkarlanıb.

Qeyd edək ki, hazırlanmış qurğu müəlliflik şəhadətnaməsi almaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR