Bank Of Baku

Belarus Rusiyadan aldığı qaza görə borcunu iki həftə ərzində ödəməyi vəd edib

Belarus Rusiyadan aldığı qaza görə borcunu iki həftə ərzində ödəməyi vəd edib
# 21 iyun 2010 15:50 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus Rusiyadan aldığı qaza görə yaranmış borcunu iki həftə ərzində ödəyəcək.

APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə Belarus baş nazirinin müavini Vladimir Semaşko açıqlama verib.

O, qaz borcunu ödəmək üçün borc alacaqlarını vurğulayıb: “Çünki valyuta ilə bağlı problemlərimiz var”.

Qeyd edək ki, bu gündən etibarən Rusiyadan Belarusa qaz nəqlinin azaldılmasına başlanıb. Məhdudlaşdırma ilk vaxtlar 15%-lə həyata keçiriləcək, lakin bu göstərici 85%-dək artırıla bilər. Hazırda Belarusun Rusiyadan aldığı qaza görə borcu müxtəlif hesablamalara əsasən 140-200 mln. dollar təşkil edir. Belarus tərəfi borcunu inkar etmir, amma ödənişin maşınlarla, avadanlıqlarla və digər növ məhsullarla həyata keçirilməsini təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR