Bank Of Baku

ABŞ-ın «Mİ-LLC» şirkətinin mütəxəssisləri ARDNŞ-in müəssisələrində tullantıların yaranma mənbəyi və saxlanma şəraiti ilə tanış olublar

ABŞ-ın «Mİ-LLC» şirkətinin mütəxəssisləri ARDNŞ-in müəssisələrində  tullantıların yaranma mənbəyi və saxlanma şəraiti ilə tanış olublar
# 21 iyun 2010 15:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. ABŞ-ın «Mİ-LLC» şirkətinin mütəxəssisləri «Azneft» İstehsalat Birliyinin bir sıra müəssisələrində tullantıların yaranma mənbəyi və saxlanma şəraiti ilə tanış olublar.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Mİ-LLC» şirkətinin əməkdaşları «N.Nərimanov», «Abşeronneft», «Bibiheybət», «H.Z.Tağıyev», «Ə.C.Əmirov», «Balaxanıneft» neft və qazçıxarma idarələrində, həmçinin Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə Eksperimental İstehsalat Müəssisəsi, Bibiheybət İXTİ, Nəqliyyat Departamenti, Qobustan Nəqliyyat idarələrində, Kompleks Qazma İşləri Trestinin Abşeron Qazma İşləri və Sahil Qazma idarələrində, Bakı Dərin Özüllər Zavodunda, Xəzər Dəniz Neft Donanmasında, «Azərneftyağ» Neft Emalı Zavodunda, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda və Qaz Emalı Zavodunda bəzi normativ sənədlərə baxıb və yol verilən tullantı hədləri, Tullantıların İdarəedilməsi Mərkəzinin mövcud vəziyyəti ilə yaxından tanış olublar.

İlkin müşahidələr əsasında «Azərneftyağ» Neft Emalı Zavodunun ərazisində istehsal nəticəsində uzun illərdən indiyədək yığılıb qalmış turşulu qudronla çirklənmiş ərazilərin təmizlənməsi və həmin tullantıların utilizasiyası üçün yeni texnologiyaların tətbiqi layihənin əsas istiqamətlərindən biri olub. Eyni zamanda layihənin müxtəlif aspektləri ARDNŞ və «Mİ-LLC» mütəxəssislərinin iştirakı ilə ətraflı müzakirə edilib, istehsal prosesi zamanı əmələ gələn müəyyən tullantıların utilizasiyası üçün mümkün təkrar emal qurğularının əldə olunması məsələsi nəzərdən keçirilib, gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2010-cu il mayın 20-də ARDNŞ və ABŞ-ın «Mİ-LLC» şirkəti arasında Tullantıların İdarəedilməsi Mərkəzinin yenidən qurulmasının Texniki İqtisadi Əsaslandırma sənədinin hazırlanmasına dair müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, layihə çərçivəsində ARDNŞ-in müəssisələrində istehsal prosesi zamanı əmələ gələn tullantıların təkrar emalı üçün müvafiq texnologiya və qurğuların, habelə ətraf mühitə dəyən zərərin azaldılması istiqamətində fəaliyyət növlərinin seçilməsi və digər işlərin görülməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR