Bank Of Baku

Gəncə və Goranboya qazın verilişində fasilələr olacaq

Gəncə və Goranboya qazın verilişində fasilələr olacaq
# 22 iyun 2010 07:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycanın Gəncə şəhərinin bir hissəsinə və Goranboy rayonuna təbii qazın verilməsində fasilələr olacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-in məlumatında bildirilib ki, yeni çəkilmiş 100 mm-lik orta təzyiqli polietilen kəmərin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təmir işləri ilə əlaqədar iyunun 22-si saat 09:00-dan 18:00-dək Borsunlu Açıq Qazpaylayıcı Stansiyasından və Bağbanlar Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq. Həmin müddət ərzində Goranboy rayonunun Nadirkənd və Borsunlu kəndlərinə, Qazanbulaq qəsəbəsinə və Gəncə şəhərinin Bağbanlar qəsəbəsinə təbii qazın verilişində müvəqqəti fasilələr yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR