Bank Of Baku

«Masallı-Konserv» ASC yumşaq mebel istehsal edəcək

«Masallı-Konserv» ASC yumşaq mebel istehsal edəcək
# 22 iyun 2010 08:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) «Masallı-Konserv» ASC-nin səhmlərinin pul hərracında satılmamış 30% hissəsinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan edib. Bu barədə «APA-Economics»ə ƏMDK-nin mətbuat xidmətindən məlumat verilib.

İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olub. Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Müvafiq nazirlik və təşkilatlardan nümayəndələrin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən hər iki iddiaçı iştirakçı statusu əldə edib.

Səsvermənin nəticələrinə uyğun olaraq, «Embawood» MMC «Masallı-Konserv» ASC-nin səhmlərinin pul hərracında satılmamış 30% hissəsinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Şərtlərə əsasən, müsabiqə qalibi 70 min manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, habelə investisiya proqramına əsasən 1 il ərzində 500 min manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürüb. Nəzərdə tutulan investisiyalar müxtəlif növ avadanlıqların (uzunlamasına kəsmə avadanlığı, kənar kəsməli tikiş maşını, spiral düzmə avadanlığı, dairəvi klipsləmə maşını, döşək üzləmə avadanlığı, elektrik avadanlıqları və s.) alınıb və quraşdırılmasına, binaətrafı və daxili yolun çəkilməsinə, habelə digər zəruri işlərin həyata keçirilməsinə yönəldiləcək. Nəticədə, müxtəlif növ yaylı yumşaq mebel məmulatları istehsal ediləcək.

İnvestisiya Proqramı üzrə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi nəticəsində müəssisədə 55-60 yeni iş yerinin yaradılması planlaşdırılır. Həmçinin, ətraf mühitin qorunması proqramı çərçivəsində investisiya müddəti ərzində ASC-nın ərazisində 2 min ədəd müxtəlif növ meyvə ağaclarının əkilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR