Bank Of Baku

Belarus qaz probleminin həlli üçün öz variantını təklif edib

Belarus qaz probleminin həlli üçün öz variantını təklif edib
# 22 iyun 2010 08:59 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus Rusiyanın “Qazprom” şirkətinə müraciət edərək, qaz tranzitinə görə borcunu ödəməyi xahiş edib.

APA-Economics”in “İnterfax”a istinadən məlumatına görə, bu barədə Belarus energetika nazirinin müavini Eduard Tovpents bildirib.

Onun sözlərinə görə, Belarus tərəfi “Qazprom”un rəhbəri Aleksey Millerə məktub göndərərək, şirkəti qaz tranzitinə görə borcunu ödəməyə çağırıb. Rəsmi Minsk hesab edir ki, ilk növbədə Rusiya Belarusa olan borcunu ödəməlidir: “Rusiyanın borcu 200 milyon dollara yaxındır. Belarusun borcu isə 187 milyon dollar təşkil edir. Biz bu borcu iyulun 5-dək ödəyəcəyik. May ayı üçün qaz borcu isə iyunun 23-dək ödəniləcək”.

Qeyd edək ki, “Qazprom” “Beltransqaz”ın borcunun 193 mln. dollar olduğunu bildirir. İyunun 21-dən etibarən Rusiyadan Belarusa qaz nəqlinin azaldılmasına başlanıb. Məhdudlaşdırma ilk vaxtlar 15%-lə həyata keçiriləcək, lakin bu göstərici 85%-dək artırıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR