Bank Of Baku

“Qazprom” şirkəti Belarusa nəql olunan qazın həcmini 30% kəsib

“Qazprom” şirkəti Belarusa nəql olunan qazın həcmini 30% kəsib
# 22 iyun 2010 09:53 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “Qazprom” şirkəti Belarusa nəql olunan qazın həcmini 30% kəsib.

APA-Economics”in “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə şirkətin İdarə Heyətinin sədri Aleksey Miller açıqlama verib.

“Ötən bir sutka ərzində Belarus Rusiyadan aldığı qaza görə yaranmış borcunu ödəmək üçün heç bir addım atmayıb. Ona görə də 22 iyun saat 10:00-dan etibarən Belarus Respublikasına plan üzrə nəql olunan qazın həcminin 30%-nə məhdudiyyət tətbiq olunur” - deyə A.Miller bildirib.

Qeyd edək ki, iyunun 21-dən etibarən Rusiyadan Belarusa qaz nəqlinin azaldılmasına başlanıb. Məhdudlaşdırma dünən 15%-lə həyata keçirilib, lakin bu göstərici 85%-dək artırıla bilər. Hazırda Belarusun Rusiyadan aldığı qaza görə borcu müxtəlif hesablamalara əsasən 187-193 mln. dollar təşkil edir. Belarus tərəfi borcunu inkar etmir, amma Rusiya qazının tranzit haqqı olaraq əvvəlcə “Qazprom” şirkətinin 200 mln. dollar ödəməli olduğunu bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR