Bank Of Baku

Belarus Rusiya qazının Avropa İttifaqı ölkələrinə nəqlini dayandırıb

Belarus Rusiya qazının Avropa İttifaqı ölkələrinə nəqlini dayandırıb
# 22 iyun 2010 12:38 (UTC +04:00)
APA-Economics”in “RİA Novosti”yə istinadən məlumatına görə, A.Lukaşenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib ki, “Qazprom” şirkəti qazın tranzitinə görə olan borcunu ödəməyincə, Avropa İttifaqı ölkələrinə qazın nəqlinə imkan verilməyəcək.

Belarusun Rusiyadan aldığı qaza görə yaranmış borca gəlincə, prezident “mən dostlarımdan o pulu tapmışam və yaxın günlərdə borcumuzu ödəyəcəyik” - deyə qeyd edib.

Qeyd edək ki, iyunun 21-dən etibarən Rusiyadan Belarusa qaz nəqlinin azaldılmasına başlanıb. Məhdudlaşdırma dünən 15%-lə, bu gün 30%-lə həyata keçirilib, lakin bu göstərici 85%-dək artırıla bilər. Hazırda Belarusun Rusiyadan aldığı qaza görə borcu müxtəlif hesablamalara əsasən 187-193 mln. dollar təşkil edir. Belarus tərəfi borcunu inkar etmir, amma Rusiya qazının tranzit haqqı olaraq əvvəlcə “Qazprom” şirkətinin 217 mln. dollar ödəməli olduğunu bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR