Bank Of Baku

ARDNŞ Gürcüstanda daha iki yanacaqdoldurma məntəqəsi istifadəyə verib

ARDNŞ Gürcüstanda daha iki yanacaqdoldurma məntəqəsi istifadəyə verib
# 22 iyun 2010 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu gün Gürcüstanda «SOCAR» brendi altında daha iki yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, yanacaqdoldurma məntəqələri Tiflis şəhəri, Moskva prospekti, Nəftuluq bazarı yaxınlığında yerləşir.

«SOCAR Georgia Petroleum» MMC-yə məxsus yanacaqdoldurma məntəqələrinin açılış mərasimində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri, «SOCAR Energy Georgia» MMC-nin baş direktoru Mahir Məmmədov rəmzi qırmızı lenti kəsərək, məntəqələrin fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə Gürcüstanın hökumət nümayəndələri də iştirak edib. Bildirilib ki, yeni məntəqələrin istifadəyə verilməsi ilə Gürcüstan ərazisində «SOCAR» brendi ilə fəaliyyət göstərən, yüksək standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin sayı 34-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR