Bank Of Baku

Medvedev Lukaşenkonun qərarı ilə əlaqədar “Qazprom” rəhbərinə tapşırıqlar verib

Medvedev Lukaşenkonun qərarı ilə əlaqədar “Qazprom” rəhbərinə tapşırıqlar verib
# 22 iyun 2010 14:44 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya prezidenti Dmitri Medvedev belaruslu həmkarı Aleksandr Lukaşenkonun Rusiya qazının Avropaya nəqlini dayandırması ilə əlaqədar “Qazprom” rəhbərinə bütün zəruri tapşırıqları verib.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova məlumat verib.

Onun sözlərinə görə, bu gün prezidentlə “Qazprom”un rəhbəri Aleksey Miller arasında telefon danışığı olub. Lakin N.Timakova Belarus tərəfinin qərarına Rusiyanın reaksiyası barədə suala konkret cavab verməyib.

Qeyd edək ki, iyunun 21-dən etibarən Rusiyadan Belarusa qaz nəqlinin azaldılmasına başlanıb. Məhdudlaşdırma dünən 15%-lə, bu gün 30%-lə həyata keçirilib, lakin bu göstərici 85%-dək artırıla bilər. Hazırda Belarusun Rusiyadan aldığı qaza görə borcu müxtəlif hesablamalara əsasən 187-193 mln. dollar təşkil edir. Belarus tərəfi borcunu inkar etmir, amma Rusiya qazının tranzit haqqı olaraq əvvəlcə “Qazprom” şirkətinin 217 mln. dollar ödəməli olduğunu bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR