Bank Of Baku

Xaçmazda Dövlət Qaz Nəzarəti və Dövlət Enerji Nəzarəti idarələrinin regional strukturlarının yeni binaları istifadəyə verilib

Xaçmazda Dövlət Qaz Nəzarəti və Dövlət Enerji Nəzarəti idarələrinin regional strukturlarının yeni binaları istifadəyə verilib
# 22 iyun 2010 15:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Xaçmaz rayon mərkəzində Azərbaycan Sənaye və Energetika Nazirliyinin (SEN) Dövlət Qaz Nəzarəti və Dövlət Enerji Nəzarəti idarələrinin regional strukturlarının yerləşdiyi yeni binaların açılışı olub. Bu barədə «APA-Economics»ə SEN-in mətbkat katibi Azər Mənsimli məlumat verib.

A.Mənsimlinin sözlərinə görə, açılış mərasimində sənaye və energetika naziri Natiq Əliyev və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı iştirak edib. Mərasimdə qeyd olunub ki, hər iki idarənin əsas vəzifəsi bölgədə enerji sektoruna dövlət nəzarətini daha da etibarlı təmin etməkdir.

Qeyd edək ki, yaxın gələcəkdə daha 9 regionda Dövlət Qaz Nəzarəti və Dövlət Enerji Nəzarəti İdarələrinin regional strukturları üçün binaların istifadəyə verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR