Bank Of Baku

Avropada «Caspian Energy TV» xəbərlər teleradiokanalı açıla bilər

Avropada «Caspian Energy TV» xəbərlər teleradiokanalı açıla bilər
# 22 iyun 2010 15:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Londonda «Caspian Energy Alliance», Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubu (CEIBC), «Caspian Energy» və «Alternative Energy» şirkətlərinin Direktorlar Şurasının birgə iclası keçirilib.

CEIBC-dən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə sözügedən qurumların fəaliyyəti qiymətləndirilib, həmçinin «Caspian Energy Alliance»a daxil olan təşkilatların yaxın 5 il üçün inkişaf strategiyası təsdiqlənib.

Bununla yanaşı, tədbir iştirakçıları «Caspian Energy Alliance»ın 24% payının satışa çıxarılmasına ehtiyac olduğunu da təsdiqləyib. Bu məsələyə dair sifarişlərin qəbulu 2010-cu ilin dekabrın 1-dək davam edəcək.

Eyni zamanda iclas zamanı yaxın müddət ərzində Avropa və MDB investorlarının iştirakı ilə Avropa ölkələrinin birində «Caspian Energy TV» xəbərlər teleradiokanalının açılması imkanlarının öyrənilməsi də qərara alınıb. Sözügedən kanalın sputnik və İnternet vasitəsilə yayımlanacağı gözlənilir.

Bununla yanaşı, iclasda «Caspian-European Investment Found» investisiya fondunun yaradılması da qərara alınıb ki, fondun baş ofisi Avropa paytaxtlarının birində yerləşəcək.

İclasda həmçinin 2010-cu ilin sonunadək «Caspian Energy Club» çoxdərəcəli endirim sisteminin tətbiqinə başlanılması da müzakirə olunub. Sözügedən endirim 50 ölkədə fəaliyyət göstərəcək. Bu sistemin partnyoru rolunda layihəyə üzv olan hər ölkədən bir bank çıxış edəcək.

Tədbirdə həmçinin «Caspian Energy Alliance» tərəfindən «Caspian Oil&Gas Exchange» şirkətinin 51%, «Caspian-European Research Group» marketin qrupunun isə 100% iştirak payının alınması da elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR